İtaliya maliyyə polisi Rusiyanın Ukraynaya hücumundan sonra Avropa İttifaqının sanksiya siyahısına daxil edilmiş dörd məşhur rusiyalının azı 140 milyon avro dəyərində villa və yaxtalarını müsadirə edib.
 
İtaliya maliyyə polisindəki mənbənin verdiyi məlumata görə, milyarder iş adamı Əlişir Usmanova məxsus, Aralıq dənizinin Sardiniya adasındakı bir və Rusiya dövlət televiziyasının aparıcısı Vladimir Solovyova məxsus, Komo gölündəki 2 villa müsadirə olunub.
 
Bundan əlavə, mənbə Rusiyanın ən zəngin adamları Aleksey Mordaşova və Gennadi Timçenkoya məxsus yaxtaların bir gecədə İtaliyanın şimalındakı limanlarında saxlanıldığını təsdiqləyib.

Baxış sayı: 4758 | Tarix: 05.03.2022
Bizi Telegramda izləyin: @repostaz