Rusiyanın “ORT” kanalının redaktoru M.Ovsyanniko “Vremya” xəbərlər proqramının əməkdaşı diktor Yekaterina Andreyevanın çıxışı zamanı üzərində "Müharibəyə yox, təbliğata inanmayın, burada sizi aldadırlar" sözləri yazılmış plakat açıb.
 
RePost.Az xəbər verir ki, Marina Ovsyannikova Putini qatil adılandırıb. 
 
“Vremya” verilişinin canlı yayımında həqiqətən də kadrda kənar şəxslə insident baş verib, daxili yoxlama aparılır”, - telekanalın mətbuat xidməti agentliyə bildirib.
 
Məlumata görə, ona qarşı inzibati iş gedir və həmin şəxs hazırda saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsi ilə (Rusiya Silahlı Qüvvələrinin istifadəsini nüfuzdan salmağa yönəlmiş ictimai hərəkətlər) məsuliyyətə cəlb edilə bilər.
 
Qeyd edilir ki, həmin şəxs  o, “Pervıy kanal”da redaktor işləyir. M.Ovsyannikova hazırda Ostankino rayonundakı polis şöbəsindədir.
 
Efir redaktoru Marina Ovsyannikova həbs olunacağını bildiyi üçün aksiyadan öncə videomürciət yayıb:  
"Hazırda Ukraynada baş verənlər cinayətdir. Bu cinayətin məsuliyyətini yalnız bir nəfər daşıyır: Vladimir Putin. Mənim atam ukraynalıdır, anam rusdur. Rusiya bu qətliamı dərhal dayandırmalıdır. Çox təəssüf ki, son bir ildə ORT-də çalışıram, Kremlin təbliğatı ilə məşğulam və buna görə çox utanıram. Utanıram ki, televiziya ekranından yalan danışırıq. Utanıram ki, xalqı zombiləşdirməklə məşğuluq”.
 
Marina Rusiya xalqını müharibəyə yox deməık üçün mitinqə dəvət çağırıb.

Baxış sayı: 5518 | Tarix: 15.03.2022
Bizi Telegramda izləyin: @repostaz