Ukraynada müharibə nəticəsində 121 uşaq həlak olub, 167 uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
RePost.Az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun xəbərində bildirilib.
 
Qeyd edilib ki, öldürülən uşaqların əksəriyyəti Kiyev vilayətində (61), Xarkovda (41), Donetskdə (40), Çerniqovda (32), Nikolaevdə (24), Kiyev şəhərində (16), Jitomirdə (15), Xersonda (15) və Sumıda (14) olub.
 
Müharibə nəticəsində 548 təhsil müəssisəsi zədələnib, onlardan 72-si tamamilə dağıdılıb. Ən pis vəziyyət Donetsk, Xarkov, Nikolayev, Sumı, Kiyev, Xerson, Çerniqov vilayətlərində və Kiyev şəhərindədir.
 
Bundan başqa, 40-dan çox uşaq müəssisəsi, o cümlədən tibb müəssisələri, incəsənət məktəbləri, idman obyektləri, kitabxanalar yararsız vəziyyətə düşüb.

Baxış sayı: 4872 | Tarix: 23.03.2022
Bizi Telegramda izləyin: @repostaz