Ukrayna hərbçiləri Rusiya dəniz piyadaları briqadasının komandirini öldürüb.
APA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının operativ qərargahının spikeri Sergey Bratçuk məlumat verib.
O qeyd edib ki, Odessaya hücum planlaşdıran rus dəniz piyadaları Nikolayevlə Mariupol arasındadır:
"Yaxşı xəbər var - Rusiya dəniz piyadaları briqadasının komandiri məhv edilib", - Bratçuk bildirib.
O, Ukrayna Silahlı Qüvvələrinə və doğma torpaqlarını işğalçılardan qoruyan hər kəsə təşəkkür edib. Bratçuk hər kəsə xoş gün və xoş xəbərlər arzulayıb, qələbəyə inandığını da əlavə edib.
"Ukraynalı qadınları zorlamağa cəhd edən, ukraynalı uşaqları öldürməyə cəhd edən hər kəslə belə olacaq. Onları bağışlamaq yoxdur" - Bratçuk bildirib.