ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt vəfat edib.
 
Diplomat 84 yaşında dünyasını dəyişib.
 
Qeyd edək ki, o, ABŞ-ın ilk qadın dövlət katibi olub.
 
Madlen Olbrayt 1937-ci ildə Çexiyanın Praqa şəhərində diplomat ailəsində anadan olub. 1978-ci ildən ABŞ Prezidenti Ceyms Karterin hökuməti dövründə Milli Təhlükəsizlik Şurasının üzvü təyin edilib, 1984 və 1988-ci illərdə xarici siyasət məsələləri üzrə əlaqələndirici işləyib.
 
M.Olbrayt 1993-cü ilin fevralında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təyin edilib. 1997-2000-ci illərdə isə ABŞ-ın dövlət katibi olub.
 

Baxış sayı: 6335 | Tarix: 24.03.2022
Bizi Telegramda izləyin: @repostaz