“Ukraynanın hədsiz dəstəyə ehtiyacı var. Amma NATO bizə təyyarələrinin, tanklarının 1 faizini belə verməyib”.
RePost.Az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə iclasında videokonfrans vasitəsilə çıxış edərkən deyib.
“Müharibə aparan bir ölkə üçün bu, ən pis haldır. Təəssüf ki, kömək tələblərimizə cavab verilmədi. Biz bir aydır ki, qəhrəmancasına müqavimət göstəririk. Qlobal təhlükəsizliyin və dinc ölkənin asayişinin məhv edilməsinə görə bir aydır cəzasızlıq hökm sürür. Bütün bunlar isə dünyanın gözü qarşısında baş verir. NATO bunları başa düşməlidir”, - dövlət başçısı vurğulayıb.