Bu gün Ukraynada başlayan hərbi əməliyyatların 30-cu günüdür.
 
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 25 mart yerli vaxtla saat 06:00-a ölkədə olan vəziyyəti təqdim edib. Məlumatda son sutka ərzində rusların 9 hücumunun qarşısının alındığı, 12 tank, 20 zirehli və avtomobil texnikasının, həmçinin 9 artilleriya sisteminin sıradan çıxarıldığı qeyd olunub. Rusiya tərəfinin 200-dən çox hərbçi itirdiyi deyilir.
 
Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri son sutka ərzində 1 təyyarə, 1 PUA və 4 qanadlı raket olmaqla 6 hava hədəfinin vurulduğu məlumatını yayıb. 

Baxış sayı: 4321 | Tarix: 25.03.2022
Bizi Telegramda izləyin: @repostaz