Qətərin paytaxtında keçirilən “Doha Forumu”nda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Ukraynanın xarici işlər nazirinin müavini Əminə Cabbar arasında görüş olub.
 
RePost.Az “report”a istinadən xəbər verir ki, bu barədə ukraynalı siyasətçi tviterdə yazıb.
 
“Türkiyəyə Ukrayna ilə sarsılmaz həmrəyliyinə, Rusiya təcavüzünə son qoyulması istiqamətində əməli siyasi və humanitar dəstəyə, həmçinin Ukraynanın təhlükəsizliyinin təminatçılarından biri olmaq məsələsini nəzərdən keçirməyə hazır olduğuna görə təşəkkür etdim”, - Ə.Cabbar vurğulayıb.
 
Qeyd edək ki, Ukrayna XİN başçısı Dmitro Kulebanın birinci müavini olan Əminə Cabbar bu qurumda Krım türklərinin ilk nümayəndəsidir.

Baxış sayı: 4929 | Tarix: 26.03.2022
Bizi Telegramda izləyin: @repostaz