Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Dolmabahçe Sarayında keçirilən Rusiya-Ukrayna danışıqlarından əvvəl çıxış edib.
 
RePost.Az xəbər verir ki, ölkə başçısı çıxışında hər iki tərəfin danışıqlarda həll yolu tapa biləcəyini bildirib.
 
“Göstərdiyiniz səylərə görə sizi təbrik edirəm. Davam edən toqquşma qonşunuz və dostunuz olaraq bizi narahat edir. Dövlət rəhbərləriniz başda olmaqla bir çox rəsmilərinizlə təmasdayıq. Bütün beynəlxalq platformalarda hər iki tərəfin maraqlarına uyğun mövqe ifadə etdik. Məsuliyyəti üzərimizə götürməkdən çəkinmədik. Müharibənin uzanması heç kimin maraqlarına uyğun deyil. Artıq müzakirələrin uğurlu nəticələri olmalıdır”, - deyə o vurğulayıb.

Baxış sayı: 5784 | Tarix: 29.03.2022
Bizi Telegramda izləyin: @repostaz