Rusiya iş adamı Roman Abramoviç də İstanbulunda keçirilən Rusiya-Ukrayna danışıqlarında iştirak edir.
RePost.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Roman Abramoviç Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqlar başlamazdan əvvəl Dolmabağça sarayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb.
Bir gün əvvəl bir sıra KİV (https://www.bbc.com/news/world-europe-60904676) Abramoviçin vasitəçilik etdiyi Kiyev-Moskva danışıqlarında zəhərləndirildiyini xəbər vermişdi.