"Ukraynada xüsusi hərbi əməliyyat qarşıya qoyulan məqsədlərə çatana qədər davam edəcək".
 
RePost.Az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Naziri Sergey Şoyqu deyib. 
 
O, xatırladıb ki, ümumilikdə xüsusi əməliyyatın birinci mərhələsinin əsas tapşırıqları başa çatıb və diqqəti əsas məqsədə - Donbasın azad edilməsinə yönəltmək olar.
 
Nazir qeyd edib ki, Ukraynanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiəsi praktiki olaraq məhv edilib, Hərbi Dəniz Qüvvələrinin fəaliyyəti dayandırılıb, Ukrayna quru və hava-desant hücum qüvvələrinin bütün birləşmələri əhəmiyyətli itkilərə məruz qalıb.
 
Şoyqu əlavə edib ki, yaz çağırışı zamanı Rusiya qoşunlarına bir il əvvəlkindən daha az gənc göndəriləcək - 134,5 min və çağırışçılar heç bir qaynar nöqtələrə göndərilməyəcəklər.

Baxış sayı: 5176 | Tarix: 29.03.2022
Bizi Telegramda izləyin: @repostaz