Ukrayna Rusiyanı 15 il ərzində Krım məsələsini hərbi yolla həll etməyəcəkləri ilə razılaşmağa dəvət edib.
 
APA-nın müxbiri xəbər verir ki, Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, İstanbulda keçirilən danışıqlarda Ukrayna nümayəndə heyətinin nümayəndələri Rusiyaya iki ölkənin Krım və Sevastopolla bağlı mövqelərini razılaşmada müəyyən etməyi təklif ediblər.
 
Onun sözlərinə görə, 15 il ərzində Krımın və Sevastopolun statusu ilə bağlı ikitərəfli danışıqların aparılması təklif olunur.
 
Ayrı bir bənddə Ukrayna tərəfi bu müddət ərzində danışıqların getdiyi bir vaxtda Ukrayna və Rusiyanın Krım məsələsini həll etmək üçün silahlı qüvvələrdən istifadə etməyəcəyinin qeyd olunmasını təklif edib.

Baxış sayı: 5157 | Tarix: 29.03.2022
Bizi Telegramda izləyin: @repostaz