Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüşün nə zaman keçiriləcəyini söyləmək çətindir.
 
APA unian.net-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofis rəhbərinin məsləhətçisi Mixail Podolyak açıqlama verib.
 
“Rusiya tərəfinə verdiyimiz təkliflərdə əslində prezidentlərin görüşünə hazırlığa başlamaq fikri də yer alıb. Liderlərin görüşü ilə bağlı məsələ daha çox logistik xarakter daşıyır. Çünki rusiyalılara təkliflərimizə baxmaq, ilkin cavab vermək lazımdır”, - Podolyak deyib.

Baxış sayı: 4340 | Tarix: 30.03.2022
Bizi Telegramda izləyin: @repostaz