Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.
APA xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Telefon danışığı zamanı Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbul görüşü müzakirə olunub.
Ərdoğan Rusiya və Ukrayna liderlərini görüşdürmək istədiyini bildirib. Putin buna görə Ərdoğana təşəkkür edib.