Rusiya ordusunun Çeçenistanın Samaşki kəndində törətdiyi qətliamdan 27 il ötür.
 
RePost.Az xəbər verir ki, Samaşki kəndi mühasirədə olduğu üçün Rus qoşunları sakinlərin kəndi tərk etməsinə icazə verməmiş və qırğının miqyası hadisədən aylar sonra tam üzə çıxmışdı.
 
Rus ordusu kənddə 100-dən çox dinc sakin qətlə yetirib. Qətlə yetirilən mülki əhalinin əksəriyyəti yaxın məsafədən atəşlə edam edilərək öldürülüb, bir çoxunun cəsədləri qəsdən yandırılıb, kənddə bir çox qadına təcavüz edilib.
 
Samaşkiyə ilk gedənlər arasında rayonda həkim işləyən məşhur çeçen cərrah Həsən Baiyev də olub. Baiyev şahidi olduqlarını belə izah edir:
 
"Dağıdılan məscidin həyətində onlarla qadın və uşağın yanan meyitləri var idi. İlk gözümə çarpan qıvrılmış vəziyyətdə yatan körpənin yanmış bədəni oldu. Ağlını itirmiş kimi görünən qadın əllərində ölü körpəni tutaraq yanan evdən çıxırdı. Cəsədlərlə dolu yük maşınları meyitləri küçələrdəki kütləvi məzarlıqlara aparırdı".

Baxış sayı: 5632 | Tarix: 08.04.2022
Bizi Telegramda izləyin: @repostaz