Fevralın 27-də Rusiyanın Sursk şəhərində (Penzen vilayəti) dəhşətli qətl hadisəsi baş verib.
RePost.Az Publika.az-a istinadən xəbər verir ki, ən dəhşətlisi isə qurbanın azyaşlı olmasıdır. Axşam saat 8 radələrində məşğələdən qayıdan 10 yaşlı Seryoja mağazanın yanından keçərkən qarşısını bir nəfər kəsir. Uşaq qaçmaq istəyəndə 34 yaşlı cinayətkar onu tutur və bədəninin müxtəlif yerlərinə təxminən 20 bıçaq zərbəsi vurur.
Yerli sakinlərdən birinin sözlərinə görə, uşaq onun əlində can verib: “Qışqırıq səsi eşitdim. Kiminsə yerdə uzandığını və döyüldüyünü gördüm. Dərhal hadisə yerinə yaxınlaşdım. Uşağı vuran adam məni görən kimi qaçdı. Var gücümlə qışqıraraq kömək istədim. Ancaq artıq gec idi. Uşaq əllərimdə can verdi”.
Çox keçmədən yerli hüquq-mühafizə orqanları qonşu kənddə yaşayan 34 yaşlı cinayətkarı yaxalayıb. O, əməlini etiraf edib. Onun evindən 3 bıçaq və digər dəlillər götürülüb. Şübhəli şəxsə məhkəmə-tibbi ekspertiza təyin edilib.
Həmin dəhşətli anları təqdim edirik. Ürəyi zəif olanlar baxmasın.