Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.
 
RePost.Az UNIAN-a istinadən xəbər verir ki, o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
 
Bu barədə Ukrayna Prezident Administrasiyasının aparat rəhbərinin müavini Andrey Sibiqa məlumat verib.
 
"Boris Consonun Kiyevə səfəri prezident Vladimir Zelenski ilə təkbətək görüşlə başlayıb. Böyük Britaniya Ukraynaya müdafiə dəstəyi, antimüharibə koalisiyasında və Rusiyaya qarşı sanksiyalarda liderdir" - deyə Sibiqa vurğulayıb.
 
O həmçinin qeyd edib ki, Böyük Britaniya Dünya Bankı vasitəsilə Ukraynaya əlavə 500 milyon dollar kredit zəmanəti verəcək.
 
Bundan başqa Britaniya Ukraynanı 120 zirehli maşın və gəmi əleyhinə sistemlərlə təmin edəcək.

Baxış sayı: 5423 | Tarix: 10.04.2022
Bizi Telegramda izləyin: @repostaz