Bakı Metropolitenin "Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarda texniki nasazlıq yaranıb.
Metropolitendən RePost.Az-a verilən məlumata görə, sərnişinlər "28 May" stansiyasında qatardan düşürülüb. Daha sonra qatar xəttdən çıxarılıb. Yaranan vəziyyətlə bağlı xəttə 12 dəqiqəyə yaxın yubanma yaranıb.
Bakı Metropolitendən bildirilib ki, ümumilikdə qatarlararası interval qorunub saxlanılıb.