Bakıda motosiklet sürücüsü Prezident Admnistrasiyası İşlər idarəsində şöbə müdiri Sultan Dadaşovun hücumuna məruz qalıb. 

RePost.Az xəbər verir ki, Dadaşov əvvəlcə idarə etdiyi 10 VX 707 dövlət nömrə nişanlı "Lexus" markalı avtomobillə kuryerin ayağının üstündən keçir. Daha sonra onun yolunu kəsərək döyüb təhqir edir. 

Baş verən hadisənin ictimailəşməsindən sonra Sultan Dadaşov hadisədən peşiman olduğunu bildirib. “Heç özüm də bilmədim ki, bu hadisə necə baş verdi. Çox əsəbi idim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş olmayaydı”.

Qeyd edək ki, görüntülərdən PA əməkdşaının yol hərəkəti qaydalarını kobud şəkjildə pozduğu da aydın görünür. Azyaşlı uşağı avtomobilin ön oturacağında əyləşdirməklə yanaşı təhlükəsizlik kəmərindən də istifadə etmir.

“Mən təəssüf edirəm. Nə qərar versələr, hazıram”, - deyə Dadaşov işdən azad olunacağını da gözləyir.

Sultan Dadaşov 2020-ci ildə Prezidentin fərmanı ilə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətin görə "Əmək Ordeni" ilə təltif edilib. 


Baxış sayı: 7646 | Tarix: 26.04.2022
Bizi Telegramda izləyin: @repostaz