İyunun 19-da Şuşa şəhidi, Vətən müharibəsi qəhrəmanı Surxay Noçuyevin qardaşı Əfqan Noçuyevin toyu olub.
Bakıdakı şadlıq saraylarının birində keçirilən mərasimdə şəhidin xidmət yoldaşları, birliyin zabit heyəti, qohumlar və dostlar iştirak edib.
Həmçinin həmin gün şəhidin oğlunun 6 yaşı tamam olub. Bu münsibətlə Plener group şirkəti və Noçuyevin xidmət etdiyi birliyin rəhbərliyi tərəfindən şəhidin oğluna 44 günlük Vətən müharibəsinin rəmzi hesab olunan “Dəmir Yumruq” hədiyyə olunub