Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu ilə Şəmkirdə vida mərasimi keçirilir.
 
APA-nın yerli bürosunun məlumatına görə, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-də Laçın rayonu istiqamətində yerləşən mövqelərimizi intensiv atəşə tutması nəticəsində şəhid olan əsgər Kazımov Anar Rüstəm oğlunun cənazəsi anadan olduğu Şəmkir rayonunun Qaracəmilli kəndinə gətirilib.
 
Şəhid əsgərlə doğulduğu evdə keçirilən vida mərasimində yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edir.
 
Şəhid Anar Kazımov Qaracəmilli kənd qəbiristanlığında dəfn olunacaq.
 
Anar Kazımov 4 ay əvvəl hərbi xidmətə yollanıb.
 
Allah rəhmət eləsin!
 
 
 

Baxış sayı: 5803 | Tarix: 04.08.2022
Bizi Telegramda izləyin: @repostaz