“İsraillə dialoq mühiti başlayıb”.
 
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu qırğızıstanlı həmkarı Ceenbek Kulubayevlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
 
“Qarşılıqlı səfərlər nəticəsində proses davam edir. Qarşılıqlı olaraq səfirlərin təyin edilməsi də atacağımız addımlar arasındadır. İsrail də bu məsələyə müsbət yanaşır. Təl-əvivə səfir təyin etmək qərarına gəlmişik. Adları təqdim etdikdən bu proses də rəsmi olaraq başlayacaq”, - o bildirib.
 
Xatırladaq ki, İsrail tərəfi də yaxın zamanlarda Türkiyə ilə diplomatik münasibətlərin rəsmən bərpa olunacağını bəyan edib.

Baxış sayı: 6639 | Tarix: 17.08.2022
Bizi Telegramda izləyin: @repostaz