Avqustda Ukraynadan taxıl ixracı münaqişədən əvvəlki həcminə çatıb.
 
APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Dövlət Departamenti məlumat yayıb.
 
Məlumatda bildirilir ki, intensiv beynəlxalq əməkdaşlıq sayəsində Ukrayna avqstda təxminən 4 milyon ton dənli bitki ixrac edəcək.
 
Fevralın 24-də Rusiya ilə münaqişə başlayanadək Ukrayna hər ay orta hesabla 5 milyon ton dənli bitki ixrac edirdi. Martda isə ixracın dayanması dünyada dənli bitkilərin bahalaşması ilə nəticələndi.
 
22 iyulda Türkiyə və BMT-nin vasitəşiliyi ilə İstanbulda Rusiya və Ukrayna arasında imzalanan sazişdən sonra ixracat bərpa edilib.

Baxış sayı: 6430 | Tarix: 24.08.2022
Bizi Telegramda izləyin: @repostaz