Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.
 
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
 
Döyüşlər nəticəsində Rusiyanın 50150 hərbçisi zərərsizləşdirilib.
 
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 077 tank, 4 484 zirehli döyüş maşını, 1 179 artilleriya sistemi, 296 reaktiv yaylım atəşi sistemi, 156 hava hücumundan müdafiə sistemi, 236 təyyarə, 207 helikopter, 876 PUA, 209 qanadlı raket, 15 gəmi, 3 305 avtomobil texnikası və avtosistern, 109 xüsusi texnikadan ibarətdir.

Baxış sayı: 4948 | Tarix: 06.09.2022
Bizi Telegramda izləyin: @repostaz