Böyük Britaniya Kraliçası 96 yaşlı II Elizabetin səhhətində problem yaranıb. Həkimlər onun vəziyyətindən narahatdırlar.
 
Bununla bağlı Bukingem sarayı rəsmi açıqlama verib.
 
Bildirilir ki, həkimlər kraliçanın səhhətindən narahatlıq duyub onu nəzarət altında saxlamaq qərarına gəliblər.
 
Daha sonra, səhiyyə işçiləri Elizabetin yaxın ailə üzvlərini Balmorala çağırıblar. Şahzadə Anna, şahzadə Endryu və şahzadə Edvardın artıq burada olduğu qeyd edilir. 
 
Qeyd edək ki, kraliçanın səhhəti pisləşdikdən sonra BBC kanalı bu axşam saat 6-ya qədər bütün yayımı dayandırıb. Belə ki, kanal sadəcə II Elizabetin vəziyyəti ilə bağlı son məlumatları verəcək. 

Baxış sayı: 4207 | Tarix: 08.09.2022
Bizi Telegramda izləyin: @repostaz