Ukrayna Silahlı Qüvvələri son sutka ərzində 20-dən çox yaşayış məntəqəsini azad edib və bu ərazilərə tam nəzarəti bərpa edib.
 
BAKU.WS UNİAN informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
 
Aviasiyanın tətbiqi sayəsində Rusiya ordusunun 1 dayaq məntəqəsi, texnika və canlı qüvvənin 6 cəmləşmə yeri, 1 zenit-raket kompleksi və 1 PUA məhv edilib.
 
Həmçinin müdafiə qüvvələrinin Mayorskaya və Krasnoqorovka yaxınlığında düşmən hücumlarını dəf etdiyi, Nikolaevka Vtoroy və Zaytsevoy ərazilərində isə döyüşlərin davam etdiyi bildirilir.
 
Qeyd olunur ki, Müdafiə qüvvələrinin Xerson istiqamətində əməliyyatlardan sonra düşmən xeyli canlı qüvvə itkisinə məruz qalıb. 

Baxış sayı: 5195 | Tarix: 12.09.2022
Bizi Telegramda izləyin: @repostaz