CNN şirkətinin müəllif və teleaparıcısı Reza Aslan yalnız televiziya tamaşaçılarını deyil, eyni zamanda ABŞ qanunvericilərini də şoka salıb. Aslan Aqhori hindli kanniballar sektasına həsr edilən filmdə əvvəlcə kanniballarla kəllə sümüyündə içki içib, daha sonra təklif edilən ayin qidası –insan beyni yeyib. Veriliş televiziyada yayımlanan zaman ABŞ-dan Hindistana qədər böyük səs-küyə səbəb olub.
ABŞ Konqresinin hindli dininə etiqad edən yeganə üzvü Tulsi Qabbard “Twitter”də yazıb: “əgər Aslan və CNN sensasiyalı görüntü naminə sadəcə belə tərki-dünya avaraları işıqlandırsaydı bu, dərdin yarısı olardı.- Amma onlar hindliləri heyvanxanadakı heyvanlar kimi nümayiş etdiriblər, hindlilərin daima qarşılaşmalı olduqları karma, kastalar və reinkarnasiya barədə səfeh stereotipləri təkralayıblar”.
Aqhoru Hindistanda ən ekstremist və qəddar dini sekta sayılır. Sekta üzvləri qapalı birlikdə yaşayır, insanlar və sivilizasiyadan kənar gəzirlər. İran əsilli 44 yaşlı ABŞ-lı aqhori sektası nümayəndələri ilə hindlilər üçün müqəddəs Varanasi şəhərində görüşüb. Qısa müddət sonra yeni tanışlar ona ayinlərdən birində iştirak edərək xüsusi obrazla hazırlanmış insan beyni yeməyi təklif ediblər.
Aslana insan beyni təqdim etməzdən əvvəl ona kəllə sümüyündə içki təklif ediblər.
Aslan aqhorilərin yanında qalarkən, belə görünür ki, həqiqi təhlükə ilə üzləşib. Filmdə yer alan epizodda sekta rəhbəri teleaparıcıya çox danışacağı halda başını kəsəcəyəyinə söz verir.
Aparıcı Reza Aslan qorxu və ya maraqdan təklif edilən “təam”dan imtina edə bilməyib.
"İnsan beyninin dadının necə olduğunu bilmək istəyirsiniz?- deyə Aslan sosial şəbəkədəki səhifəsində yazıb.-Kömürə! Onlar onu kösöv halına qədər yandırırlar.
ABŞ hindliləri kütləvi şəkildə filmə qarşı etiraz edirlər.
Lakin Reza Aslan etdiyi əməldən peşman deyil və heç kəsdən üzr istəməyi düşünmür.