Orta dəhlizin Qafqaz, Çin, Mərkəzi Asiyada mühüm bir arteriya olaraq bölgəmiz və xaricində stabilliyin və inkişafın təmin edilməsində böyük rol oynadığı bəllidir.
 
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışı zamanı deyib.
 
O qeyd edib ki, Türkiyə son 20 ildə nəqliyyat sahəsində nəhəng yatırımları ilə çox önəmli uğura imza atıb.
 
“Ölkəmizin Qərb və Şərq arasında körpü olmağı bizə müqayisəolunmaz imkanlar yaradır. Bu məqsədlə təhlükəsizlikdən iqtisadiyyata, energetikadan nəqliyyata, kənd təsərrüfatından turizmə qədər hər bir sahədə əməkdaşlığa hazırıq”, - deyə o bildirib.

Baxış sayı: 3428 | Tarix: 16.09.2022
Bizi Telegramda izləyin: @repostaz