Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyi liderlərinin iclasında Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.
APA xəbər verir ki, bu barədə bu gün Türkiyənin “Sabah” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, görüş zamanı Ərdoğan Paşinyanla Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasını, o cümlədən xüsusi nümayəndələrin görüşlərinin üçüncü ölkələrdə yox, müzakirələrin məhz Türkiyə və Ermənistanda keçirilməsinə dair fikir mübadiləsi aparacaq.
Qəzetin xəbərinə görə, Türkiyə liderinin erməni Baş nazirə regionda daha çox gərginliyin yaşanmaması üçün təxribatlardan uzaq durulması və Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində mesajlar çatdırması gözlənilir.
Görüşdə Zəngəzur dəhlizinin də istifadəyə verilməsi məsələsinin müzakirə olunacağı bildirilib.