Ötən gün Türkiyənin Bartin vilayətində daş kömür mədənində partlayış baş verib.
Haber global-ın verdiyi məlumata görə, partlayış nəticəsində həlak olan işçilərin sayı 28-ə çatıb.
Türkiyənin səhiyyə naziri Fahrettin Koca 6-sı İstanbulda, 5-i Bartında olmaqla 11 xəstənin müalicəsi üçün lazım olan hər şey edildiyini bildirib.
Qeyd edək ki, dağıntılar altında ümumilikdə 87 nəfər olub.