Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində yaşayış binasına çırpılan hərbi təyyarənin qəzaya uğramasının səbəbi açıqlanıb.
 
APA-nın Rusiya bürosunun İstintaq Komitəsinə istinadən verdiyi məlumata görə, istintaqın əsas versiyası texniki nasazlıqdır.
 
Qeyd edək ki, dünən axşam Krasnodar diyarının Yeysk şəhərində Rusiyanın Su-34 qırıcı-bombardmançı təyyarəsi yaxınlıqdakı aerodromdan havaya qalxaraq doqquz mərtəbəli yaşayış binasının həyətinə çırpılıb. Qırıcının pilotları katapult edibər. Təyyarə qəzaya uğrayandan sonra aviasiya yanacağı alovlanıb və yanğın 2000 kvadratmetr əraziyə yayılıb.
 
Son məlumatlara görə, hadisə nəticəsində üçü uşaq olmaqla 13 nəfər ölüb, 19 nəfər yaralanıb.

Baxış sayı: 7760 | Tarix: 18.10.2022
Bizi Telegramda izləyin: @repostaz