Ermənistan Azərbaycanla sərhədə müşahidəçilər göndərmək üçün ATƏT-ə müraciət edib.
Bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan norveçli həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.
Mirzoyanın sözlərinə görə, hazırda Ermənistan-Azərbaycan sərhədinə ATƏT-dən müşahidəçilərin göndərilməsinin mümkünlüyü müzakirə olunur. Onların Ermənistan ərazisində yerləşdirilməsi planlaşdırılır.
“Biz bu məsələyə yaxın vaxtlarda aydınlıq gətirəcəyik”, - nazir bildirib.
Aİ-nin mülki missiyası ilə bağlı Mirzoyan əlavə edib ki, Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olunması məsələsində beynəlxalq iştirakı gözləyir.
Xatırladaq ki, artıq Aİ Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsini təsdiqləyib.