Şamaxı şəhərində yerləşən tam orta məktəbdə şagirdin müəllim tərəfindən döyülməsi iddiası ilə bağlı rayon polis şöbəsində araşdırmalara başlanılıb.
 
Bu barədə apa-ya DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.
 
Qeyd olunub ki, xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertiza təyin olunub.
 
Ekspertizanın rəyindən və aparılan araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
 
Qeyd edək ki, Şamaxı şəhər 3 saylı tam orta məktəbdə 7-ci sinif şagirdinin məktəbin tarix müəllimi tərəfindən döyülməsi barədə məlumat yayılıb.

Baxış sayı: 8121 | Tarix: 02.12.2022
Bizi Telegramda izləyin: @repostaz