Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyəyə səfər edəcək.
Səfər dekabrın 21-də baş tutacaq.
Məlumata görə, nazir Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin 9-cu üçtərəfli görüşündə iştirak edəcək.
Qeyd edək ki, görüş Türkiyənin Kayseri şəhərində baş tutacaq.