Türkiyə “Tayfun”, “Atmaca”, “TRLG-230”, “Karaok”, “Gökdoğan” və Bozdoğan raketləri və “Akya” torpedosunun kütləvi istehsalına başlayacaq.
 
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə qərar Müdafiə Sənayesi İcra Komitəsinin iclası zamanı qəbul edilib.
 
Bundan əlavə, iclasda Türkiyənin hava hücumundan müdafiəsini gücləndirmək məqsədilə “Siper”, “Hisar” və “Sunqur” hava hücumundan müdafiə sistemlərinin kütləvi istehsalına dair qərarlar da qəbul edilib.

Baxış sayı: 13384 | Tarix: 20.12.2022
Bizi Telegramda izləyin: @repostaz