Qarlı havada avtobusu əks istiqamətdə idarə edən sürücü 100 AZN və 4 bal cərimələnib.
 
Bunu BAKU.WS-ə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
 
O əlavə edib ki, sürücü İnzibati Xətalar Məcəlləsinin 327,4-cü maddəsi ilə (Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə) cəzalandırılıb. 


Baxış sayı: 9356 | Tarix: 10.01.2023
Bizi Telegramda izləyin: @repostaz