Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin faktiki olaraq zəlzələ bölgəsində 25 min 67 nəfər şəxsi heyətlə çalışdığını bildirib.
Akar, Baş Qərargah rəisi Yaşar Gülər, Hərbi Dəniz Qüvvələri komandanı Admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülan zəlzələ zonasında axtarış-xilasetmə qrupları və ləvazimatları gətirmək üçün Milli Müdafiə Nazirliyi tərəfindən yaradılmış “hava yardımı körpüsü”ndə yoxlamalar aparıb.
Əsgərlərin ilk andan millətinin yanında olduğunu və vəzifəsinin başında olduğunu bildirən Akar deyib ki, bu günə qədər bölgədə çalışan dostlarımızdan 4-ü şəhid olub, 45-i həyatını itirib, 54 yaralımız var:
“Burada toplama və paylama məntəqələri yaradılıb. İndiyədək 63 təyyarə ilə 707 uçuş həyata keçirilib... İncirlikdə 57 ümumi təyinatlı helikopter topladıq. Bu helikopterlərlə zəlzələ bölgəsinə xidmət edirik. İndiyədək vertolyotlarla 710 uçuşu həyata keçirmişik... Bundan başqa, Mersin-İskenderun arasında dəniz yardım dəhlizi yaradılıb”.