Bu gün Beynəlxalq Daun Sindromlu İnsanların günüdür (World Down Syndrome Day).

 

RePost.Az bildirir ki, bu təqvim Daun sindromuna həsr olunmuş VI simpoziumun iştirakçılarının təşəbbüsü ilə 2005-ci ildən etibarən qeyd olunmağa başlayıb.

 

Beynəlxalq Daun Sindromlu İnsanların Gününün  rəsmən qeyd olunması isə 2012-ci il martın 21-nə təsadüf edir. Bununla bağlı rəsmi qərar  2011-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilib. Bu günün təsis edilməsində əsas məqsəd cəmiyyətin diqqətini bu problemə çəkmək, maarifləndirmə tədbirlərinin keçirilməsinə şərait yaratmaqdır. Həmin gün aidiyyətı orqanlar, müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatları bu problemə diqqətin çəkilməsi istiqamətində bir sıra tədbirlər görürlər.

 

Daun sindromlu xəstələrdə xromosom dəstinin sayı 46 deyil, 47 olur. Artıq olan 1 xromosom qeyri-cinsi xromosomdur. Bu xromosom dəsti ilə doğulanların psixi inkişafı kəskin zəif olur. Ananın yaşının çox olması Daun sindromlu uşaqların doğulması ehtimalını artırır. Yaşı 35-dən artıq olan qadınlarda körpələrin bu sindromla doğulma ehtimalı 10 dəfə,yaşı 40-dan artıq olan qadınlarda isə 25 dəfə artıqdır.


Baxış sayı: 4853 | Tarix: 21.03.2017
Bizi Telegramda izləyin: @repostaz