Türkiyədə bu gündən etibarən axtarış-xilasetmə işləri ilə yanaşı ağır texnika vasitəsi ilə dağıntıların aradan qaldırılması prosesinə də başlanıb.
 
Prosesdən öncə dağıntılardan nümunələr götürülür, ardından isə artıq zəlzələ nəticəsində yaranan dağıntılar təmizlənir.
 
Qeyd edək ki, fevralın 6-sı səhərə yaxın və ondan 9 saat sonra Türkiyənin 10 şəhərində böyük dağıntılara və insan itkisinə səbəb olan 7,7 və 7,6 bal gücündə zəlzələ baş verib. Nəticədə şəhərlərdə minlərlə bina dağılmış, ciddi zədə görmüşdür. Zəlzələ nəticəsində bu günə qədər 35 418 nəfər həlak olub, 105 505 nəfər isə yaralanıb.
 
Təbii fəlakət səbəbindən zəlzələnin təsir etdiyi ərazidə fövqəladə vəziyyət elan olunub.

Baxış sayı: 9090 | Tarix: 16.02.2023
Bizi Telegramda izləyin: @repostaz