Ermənistan ordusunun hərbi qulluqçuları arasında ölümlə nəticələnən hadisə olub.
 
Ermənistan Müdafiə Nazirliyi xəbər verir ki, hadisə ölkənin cənub-şərqində qeydə alınıb.
 
Əlverişsiz hava şəraitində yanlışlıqla erməni hərbçilər bir-biri ilə atışmaya girib. Nəticədə, hərbi qulluqçu Qraçya Saruxanyan ölüb, daha 1 hərbi qulluqçu isə yaralanıb.
 
İnsidentin səbəbləri araşdırılır.

Baxış sayı: 9432 | Tarix: 01.04.2023
Bizi Telegramda izləyin: @repostaz