Aprel ayının 16-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində keçirilən valideyn görüşü zamanı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu ilə görüşə gələn yaxın qohumunun əsgərə narkotik vasitə gətirdiyi aşkar olunaraq faktla bağlı qanunamüvafiq tədbirlər görülüb.
 
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.
 
İlkin araşdırma zamanı hərbi qulluqçuya narkotik vasitəni gətirən şəxs barədə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və hərbi qulluqçunun valideynlərinə məlumat verilib.
 
Fakt üzrə araşdırma tədbiri davam etdirilir.

Baxış sayı: 8615 | Tarix: 17.04.2023
Bizi Telegramda izləyin: @repostaz