Nikol Paşinyanın Azərbaycanla sülh danışıqlarına dair çıxışından tezislər:
• Sülh Azərbaycan və Türkiyə ilə əlaqələr qurmaq deməkdir
• 29.800 kvadrat kilometr ərazidə Ermənistan Respublikasını tanıdığımızı açıq şəkildə təsbit etsək, sülh mümkündür. Əks halda bizə heç kim kömək etməyəcək.
• Azərbaycan eyforiya içərisindədir və bacardıqca çoxunu, mümkünsə hər şeyi almağı düşünür.
• Azərbaycan enerji və logistika qovşağına çevrilib və onun həm Rusiya, həm də bəzi Qərb ölkələri üçün əhəmiyyəti artıb.
• Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyır və biz Ermənistan SSR-in bütün ərazisini Ermənistan kimi tanımaqla Azərbaycanın da eyni addımı atmasını gözləyirik.
• Sülh sazişinin təminatı üçün beynəlxalq mexanizmlərin formalaşması çox vacibdir, əks halda müqavilənin imzalanmasının ertəsi günü yeni müharibə və ya yeni eskalasiya başlaya bilər.
• Qarabağ münaqişəsi boyu öz müqəddəratını təyinetmə və ərazi bütövlüyü prinsipləri birgə mövcud olub.
• Əgər siz öz müqəddəratını təyinetmə məsələsini qaldırırsınızsa, deməli, siz nəyinsə bir hissəsisiniz və biz bu reallığı nəinki yaratmışıq, həm də onu sementləşdirmişik. Bununla biz özümüzü və Qarabağ xalqını aldatmışıq.