Sabah Türkiyə, Rusiya,Suriya və İran müdafiə nazirləri arasında Mosakvada dördtərəfli görüş keçiriləcək.
 
Bu barədə Türkiyənin milli müdafiə naziri Hulisi Akar deyib.
 
Dekabrın 28-də Moskvada Türkiyə-Rusiya-Suriya müdafiə nazirləri və kəşfiyyat rəhbərlərinin iştirakı ilə üçtərəfli görüşün keçirildiyini xatırladan Hulisi Akar, qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə bunların davam etdirilməsi üçün razılıq əldə edildiyini bildirib: “İranın bu görüşlərdə iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb. Bu, müvafiq orqanlar tərəfindən təsdiqlənib. Bu dəfə dördlük olaraq müdafiə nazirləri və kəşfiyyat rəislərinin iştirak edəcəyi görüşə hazırlaşırıq”.
 
Görüşün aprelin 25-də Moskvada keçirilməsinin planlaşdırıldığını vurğulayan nazir deyib: “Məqsədimiz buradakı problemləri danışıqlar yolu ilə həll etmək və ən qısa zamanda bölgədə sülh və əmin-amanlığın hökm sürməsini təmin etməkdir”.

Baxış sayı: 8824 | Tarix: 24.04.2023
Bizi Telegramda izləyin: @repostaz