Ukrayna Müdafiə Nazirliyi Donetsk vilayətində Blaqodatnı və Makarovkanın işğaldan azad edilməsi, həmçinin ordunun Baxmut istiqamətində uğurları barədə məlumat yayıb.
 
Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar öz teleqram kanalında yazıb.
 
O, qeyd edib ki, Ukrayna qoşunları Baxmut istiqamətində hücum əməliyyatlarını davam etdirir.
 
Bundan əlavə, Malyar bildirib ki, cənubda "iki istiqamətdə 300-dən 1500 metrə qədər irəliləyiş var".
Ukrayna qoşunlarının müdafiəyə qalxdığı ərazilərə gəlincə, Malyar orada heç bir mövqenin itirilmədiyini vurğulayıb.
 
Bundan əlavə Donetsk vilayətinin Neskuçne yaşayış məntəqəsi də Rusiya hərbçilərindən azad edilib.

Baxış sayı: 9071 | Tarix: 12.06.2023
Bizi Telegramda izləyin: @repostaz