Rusiya hərbçiləri Zaporojye istiqamətində “Leopard” tanklarını və “Bradley” piyada döyüş maşınlarını ələ keçirib.
Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi özünün Teleqram kanalında məlumat yayıb.
“İndi bunlar bizim hərbi qənimətlərimizdir” - deyə Rusiya MN-nin mətbuat xidməti Qərb istehsalı olan texnikaların görüntülərini nümayiş etdirib.
Mətbuat xidməti qeyd edib ki, hərbçilər mühərrikləri işləyən bir neçə döyüş maşınını ələ keçirə biliblər.