Rusiyanın Rostov şəhəri “Vaqner” döyüşçüləri tərəfindən ələ keçirilib.
Bununla bağlı sosial şəbəkənin Rusiya seqmentində kadrlar yayımlanıb.
Şəhərin bütün güc strukturlarının mühasirəyə alındığı bildirilir.
Rostov meri şəhər əhalisini zərurət olmadığı halda evlərini tərk etməməyə çağırıb.
Sosial şəbəkələrdə yayılan bir digər rəsmi təsdiqini tapmamış xəbərdə isə hazırda Voronej vilayətində qızğın döyüşlərin getdiyi deyilir.