Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) İranın assosiasiyaya üzv ölkələr sırasına daxil olduğunu rəsmən elan edib.
 
TASS xəbər verir ki, qərar təşkilatın Hindistanın sədrliyi ilə keçirilən 23-cü sammitində qəbul edilib.
 
İran dövlətlərarası təşkilatın doqquzuncu üzvü olub. Onun təşkilata qoşulması ilə bağlı öhdəlik memorandumu 2022-ci ilin sentyabrında ŞƏT-in Səmərqənddə keçirilən sammitində imzalanmışdı.
ŞƏT 2001-ci il iyunun 15-də Şanxayda yaradılıb. Əvvəlcə təşkilata altı ölkə - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan daxil idi, 2017-ci ildə Hindistan və Pakistan da onlara qoşulublar.

Baxış sayı: 9888 | Tarix: 04.07.2023
Bizi Telegramda izləyin: @repostaz