İsmayıllıda qadın kəsilmiş-deşilmiş xəsarətlərdən ölüb.
 
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
 
Bildirilib ki, iyulun 17-də saat 14 radələrində rayonun Təzəkənd kəndində 1988-ci il təvəllüdlü Aytən Bədəlovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
 
Hazırda faktla bağlı araşdırma aparılır.

İsmayıllı rayon prokurorluğundan verilən xəbərə görə, ilkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Etibar Bədəlovun arvadı Aytən Bədəlovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Etibar Bədəlov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.
 
Fakta görə İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. İbtidai istintaq davam edir.

Baxış sayı: 9033 | Tarix: 17.07.2023
Bizi Telegramda izləyin: @repostaz