Tanınmış telejurnalist Natəvan Babayevanın nəşi Salyan rayonuna gətirilib.
N.Babayeva bu gün doğulduğu Parça Xalac kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Telejurnalist uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, N.Babayeva 1977-ci ildə Salyan rayonunun Parça Xalac kəndində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra uzun illər ANS-də, 2016-cı ilin sonlarından AzTV-də aparıcı işləyib.
Allah rəhmət eləsin!