İsrail ordusu Qəzzada HƏMAS-a qarşı hücuma başladığını elan edib.
 
Bu barədə İsrail Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Daniel Həqari bildirib.
 
Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinin hərbçiləri ölkə ərazisinə nəzarəti bərpa etdikdən sonra HƏMAS-dan olan fələstinli radikallara qarşı hərbi əməliyyatın hücum mərhələsinə keçib.
 
Hücum nəticəsində İsrail hərbçiləri tərəfindən Qəzzaya yaxın ərazilərdə yüzlərlə terrorçunun məhv edildiyi bildirilib.
 
Bu arada İsrailin müdafiə naziri Qəzzanı tam mühasirəyə alınması əmrini verib. Müdafiə naziri Yoav Qallant qeyd edib ki, oraya nə elektrik, nə qida, nə yanacaq təchizatı olacaq.

Baxış sayı: 5347 | Tarix: 09.10.2023
Bizi Telegramda izləyin: @repostaz